Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çaylarda sululuğun artacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, intensiv yağışlar nəticəsində iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin əhəmiyyətli artımı müşahidə olunur.

Xidmətdən bildirilib ki, bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kürətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir.

Qeyd olunub ki, hazırda Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edir. Son günlər intensiv leysan yağışları nəticəsində Kiçik Qafqaz ərazisindən axan bəzi çaylarda da sululuq artıb, qısamüddətli sel keçməsi müşahidə olunub. Qeyri-sabit hava şəraitinin iyun ayının sonunadək davam edəcəyini nəzərə alaraq respublika çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

27 İyun 2022 18:51 - EKOLOGİYA
EKOLOGİYA
13 Avqust 2022 | 19:26
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə