Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya yeni alyans yaradıblar

Avstraliya, Böyük Britaniya, Yeni Ze­landiya, ABŞ və Yaponiya Sakit okeanda yeni ittifaq yaradılmasını elan ediblər.

 

Ağ Evin saytında yerləşdirilən birgə bəyanatında bildirilir ki, “Partners in the Blue Pacific” (PBP) tərəfdaşlığı effektiv əməkdaşlığın inkişafı və regionun ada dövlətlərinə dəstək üzrə növbəti təşəbbüsdür.

Bəyanatda deyilir: “Bu gün (24 iyun 2022-ci il –red.) beş ölkə Sakit okean prioritetlərini daha effektiv və səmərəli şəkildə dəstəkləmək üçün “Partners in the Blue Pacific” tərəfdaşlığı adlı hərtərəfli qeyri-formal mexanizmi işə salıb. Bu yeni təşəbbüs bizim regiona uzunmüddətli öhdəliyimizə, Sakit okeanın ada ölkələri ilə sıx əlaqələrə və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Biz regionu suverenlik, şəffaflıq, hesabatlılıq prinsiplərinə uyğun olaraq və Sakit okean dövlətlərinin rəhbərliyi və liderliyi altında dəstəkləmək mövzusunda həmrəyik”.

Qeyd edək ki, bundan əvvəl 2021-ci il sentyabrın 16-da ABŞ, Böyük Britaniya və Avstraliya üçtərəfli müqavilə imzalaya­raq AUKUS adlı müdafiə və təhlükəsizlik alyansı yaratmışdılar.

“Xalq qəzeti”

26 İyun 2022 00:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
11 Avqust 2022 | 23:34
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə