Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brakonyerlər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Cənnət Zamanov, Ruxi Hüseynov və Zərdab rayon sakini Cavid Sadıqov olduğu müəyyən edilib və onlardan ov tüfəngləri götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq edilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

7 Dekabr 2018 18:42 - EKOLOGİYA
EKOLOGİYA
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
26 Noyabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
25 Noyabr 2021 | 18:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə