Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayraktar “AKINCI”-dan növbəti rekord

Türkiyənin "Baykar" şirkətinin istehsalı olan "Bayraktar AKINCI" PUA 13 716 metr hündürlüyə qalxaraq üçüncü dəfə yüksəklik rekorduna imza atıb.

Şirkətdən verilən məlumata görə, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilmiş "AKINCI" layihəsi çərçivəsində "Baykar" şirkəti tərəfindən istehsal edilmiş PUA iyunun 21-də həyata keçirilmiş təlim-yoxlama uçuşu zamanı 13 716 metr hündürlüyə qalxaraq üçüncü dəfə rekord göstəriciyə nail olub. Uçuş 20 saat 23 dəqiqə davam edib.

Rekordunu yeniləyən "AKINCI B" modeli 2 ədəd 750 at gücündə mühərriklə təchiz olunub“.

Bayraktar AKINCI” Uçuş, Təlim və Test mərkəzidə olan Müdafiə Sənayesi Nazirliyinin və Hava Qüvvələri Koman­danlığının təmsilçiləri pilotsuz uçuş aparatının havaya qalxmasını müşahidə etmişlər. PUA havada olduğu 20 saat 23 dəqiqə ərzində 6406 km məsafə qət etmişdir.

“Xalq qəzeti”

24 İyun 2022 01:20 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə