Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son sutka ərzində Azərbaycanda COVID-19 infeksiyasına 26 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 89 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 206 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 167 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 222, bu günə qədər isə ümumilikdə 6 milyon 947 min 820 test icra olunub.

23 İyun 2022 16:58 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə