Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar Sığorta Fondu fermer və sahibkarlara qeyri-sabit hava şəraiti ilə bağlı müraciət edib

Respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib. Aqrar Sığorta Fondu (ASF) hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq ölkədəki fermer və sahibkarlara müraciət edib, əkin sahələrini sığortalayan fermer və sahibkarları öz sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi halda fonda müraciət etməyə çağırır.

Fonddan verilən məlumata görə, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şaxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır. Artıq belə halların əkin sahələrinə zərəri ilə bağlı ilkin sığorta hadisələri barədə müraciətlər daxil olmağa başlayıb.

“Təbiət hadisələri təsərrüfatlara böyük təhlükə yaradır. Bunun qarşısını almaq və gəlirləri qorumaq üçün aqrar sığortadan faydalanmaq ən sərfəli üsuldur. Təsərrüfatlarını sığorta edən fermerləri baş verən sığorta hadisələri barədə Fonda vaxtında məlumat verməyə çağırırıq. Hava şəraitinin piləşməsi və sığorta hadisələri nəticəsində sığortalı təsərrüfatlara dəyən zərər qarşılanacaq. Bunun üçün təsərrüfatlara və əkin sahələrinə baxış keçirmək, hadisə baş verdiyi təqdirdə, fondu məlumat vermək tələb olunur”, - deyə ASF-dən bildirilib.

23 İyun 2022 15:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə