Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mikrobiologiya İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir

AMEA Mikrobiologiya İnstitutunda 2021-2022-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası davam edir.

İnstitutdan verilən məlumata görə, iyunun 23-də mikrobiologiya ixtisası üzrə təhsil alan magistrantlar mikroorqanizmlərin sistematikası fənnindən imtahan veriblər. Tələbələr imtahan suallarını ayrılmış vaxt müddətində yazılı olaraq cavablandırıblar. Cavablar fənn müəllimi, dosent İradə Babayeva tərəfindən qiymətləndirilib.

İmtahanda institutun Təhsil şöbəsinin müdiri Aygün Qasımova iştirak edib.

Qeyd edək ki, Mikrobiologiya İnstitutunda yay imtahan sessiyası iyunun 28-də başa çatacaq.

23 İyun 2022 14:56 -

Köhnə versiyamızdan xəbərləri izlə