Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Anadolu Qartalı - 2022” beynəlxalq təlimi davam edir

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

23 İyun 2022 10:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə