Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin Özbəkistana səfəri olduqca mühüm geopolitik əhəmiyyət kəsb edir

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti ölkəmiz üçün beynəlxalq arenada yeni və geniş perespektivlər yaradıb. Bu gün respubli­kamızın yürütdüyü diplomatik siyasət yerləşdiyi regionun hüdudlarını aşa­raq dünya çapına uyğunlaşaraq, beynəlxalq münasibətlərin vacib aktoruna çevrilib. İkinci Qarabağ müharibəsində əldə edilən parlaq qələbədən sonra Azərbaycan regionun lider dövləti statusunu təsdiq edərək, Türkiyə ilə birgə Türk Dünyasının birliyi üçün aparıcı rolu öz üzərinə götürüb. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri olduqca mühüm geopolitik əhəmiyyət kəsb edib. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

Deputat qeyd edib ki, dövlət başçısının Özbəkistanda yüksək qonaqpərvərliklə qarşı­lanması, keçirdiyi mühüm görüşlər, iki dövlət arasında imzalanan sənədlər qardaş ölkənin Azərbaycanı özünə dayaq, Prezident İlham Əliyevi birmənalı şəkildə yeni dünya düzənində doğru siyasi xətt yürüdən lider kimi gördüyünü açıq şəkildə sübuta yetirib.

Bundan başqa, Daşkənddə Heydər Əliyev Meydanının istifadəyə verilməsi Özbəkistan dövlətinin xalqımıza verdiyi böyük dəyər kimi diqqət çəkib. Prezident Şavkat Mirziyoyevin ulu öndərimiz Heydər Əliyev haqqındakı xoş sözləri, onun “Tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyev bütün həyatını doğma Azərbaycana həsr edib” ifadəsi xalqımız tərəfindən rəğbətlə qarşılanıb.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyo­yev tərəfindən imzalanan “Azərbaycan Respub­likası ilə Özbəkistan Respublikası arasında stra­teji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”də iki ölkənin əməkdaşlığının dərinləşməsinə, strateji münasibətlərinin güclənməsinə böyük inam yaradıb. Bu sənəd həm Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qo­şulmama Hərəkatı kimi nüfuzlu qurumlarda mühüm mövqeyə sahib olan Azərbaycan və Özbəkistanın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, həm də iqtisadiyyatın müxtəlif sahələrində – ticarət, sənaye, kooperasiya, nəqliyyat sektorlarında dinamik artıma əlverişli şərait yaradıb.

Azərbaycan-Özbəkistan arasında strateji əməkdaşlığından irəli gələn indiki reallıqlar al­ternativ dəhlizlərin formalaşmasını da tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolla­rının tikintisi gələcəkdə ölkələrimizin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxış imkanını şərtləndirir.

Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində sözügedən istiqamətdə bi­rinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat və xarici işlər nazirlərinin rəhbərlikləri ilə işçi qrupu yaratmaq barədə razılığa gəlinib. Bununla bağlı ilk görüşün gələn ay Daşkənddə olacağı planlaşdırılıb.

Beləliklə, alternativ dəhlizlərin formalaşma­sı iki ölkə iqtisadiyyatının müxtəlif sahələrinin şaxələndirilməsini, ixrac potensialının artırıl­masını, xarici investisiyanın cəlb edilməsini sürətləndirəcək, bu dövlətlərə böyük iqtisadi dividendlər qazandıracaq, yerləşdikləri region­larda mövqelərini daha da gücləndirəcəkdir.

İki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan strateji əməkdaşlıq da mühüm önəm daşıyır. Bu zərurət istər Azərbaycan, istərsə də Özbəkistanın yerləşdiyi regionların təhlükəsizliyinin və müdafiə qabiliyyətinin möhkəmlənməsindən irəli gəlir.

Sonda Rəşad Mahmudov bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki qardaş ölkə arasında iqtisadi-siyasi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanması ilə yanaşı, yeni dünya düzənində türkdilli dövlətlərin birliyinə böyük töhfə verdi. Ölkə başçısının bu səfəri dünyanın həssas bölgələrindən sayılan və böyük güclərin birbaşa maraq dairəsində olan Orta Asiyada Azərbaycanın nüfüzunu və gücünü göstərdi.

Bu isə Prezident İlham Əliyevin yüksək dəqiqliklə hesablanmış xarici siyasətinin əsas prioritet məsələsi olan beynəlxalq münasibətlərdə Azərbaycanın söz sahibi olma­sının göstəricisi kimi sayılmalıdır.

Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya siyasətində mühüm geopoli­tik məsələlərdə böyük gücləri belə öz maraqları ilə hesablaşdırmaq imkanındadır.

“Xalq qəzeti”

23 İyun 2022 00:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə