Ən son xəbərlər
Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri baş tutdu və Azərbaycan lideri qardaş ölkədə böyük qonaqpərvərlik və ehtiramla qarşılandı. İki qardaş ölkənin dövlət başçılarının qeyd etdiyi kimi, bu, böyük tarixi səfər oldu və yüz illərlə Azərbaycan və özbək xalqlarının yaddaşında yaşayacaq. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatəsi, həqiqətən də, səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını, əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını nümayiş etdirir.
Elə Prezident İlham Əliyevin bəyanatında da bu barədə qeyd edildi. Dövlətimizin başçısı iki ölkə arasında imzalanmış sənədlərin ümumi sayının iyirmiyə yaxın olduğunu, münasibətlərin strateji əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, imzalanmış Siyasi Bəyannamə mahiyyət etibarilə iki ölkə arasında münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bunun üçün hər iki qardaş ölkə liderinin siyasi iradəsi var.
Özbəkistan Prezidenti Şövkət Mirziyoyev də iki ölkənin imzaladığı “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə”ni qlobal xarakterli sənəd kimi qiymətləndirdi.
Azərbaycan lideri isə bəyannamənin mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsi olduğunu əlavə etdi. Prezident İlham Əliyev dedi: “Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Bu gün burada artıq bir neçə saat bir yerdə keçirdikdən sonra işləyəcəyimiz istiqamətləri daha da konkretləşdirdik. Tapşırıqlar verilib. Əminəm ki, nəticələr olacaq. Çünki bu, prezidentlərin nəzarətindədir”.
Əlbəttə, müvafiq tapşırıqların icrası ona gətirib çıxaracaq ki, iki qardaş ölkə arasında münasibətlər daha da möhkəmlənəcək, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə böyük ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdədir. Özbəkistanda əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə edilmiş razılaşmalar xalqlarımız arasında əməkdaşlığın yeni üfüqlərə çatması üçün gözəl imkanlar yaradacaq.
Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusi qeyd edilməlidir. Bu sahə hər bir ölkə üçün prioritetdir. Prezident İlham Əliyev dedi: “Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq”.
Azərbaycan lideri ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi günlərdə özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etdi. Bildirdi ki, azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Prezident İlham Əliyev bəyan etdi ki, biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq: “Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şövkət Miromonoviçin başladığı islahatlar artıq nəticə verir… Mən Daşkənddə əvvəllər olmuşam və bugünkü dəyişiklikləri görəndə ürəkdən sevinirəm ki, qardaş ölkə uğurla inkişaf edir, burada sülh, asayiş, sabitlik, iqtidarla cəmiyyətin vəhdəti mövcuddur – bunlar hər bir dövlətin inkişafı üçün əsas amillərdir”.
İqbal MƏMMƏDOV, Milli Məclisin deputatı

İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatı
Köhnə versiyamızdan xəbərləri izlə