Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərbi Prokurorluq: Əsgər Məlikov Əziz Soltanpaşa oğlunun barəsində həbs qətimkan tədbiri seçilib

Hərbi Prokurorluqda is­tintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluq­çusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olma­dan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə), 335.2-ci (Hərbi qul­luqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdır­maqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasın­dan tamamilə boyun qaçırması) və digər maddələrində nəzərdə tutulan əməlləri törətməsinə əsaslı şübhələrin olduğu müəyyən edilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ə.S.Məlikova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuş və Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

23 İyun 2022 00:00 -

Köhnə versiyamızdan xəbərləri izlə