Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

2022-ci il üçün nəzərdə tutulan Tərtərçay sol sahil kanalının yenidən qurulması məqsədilə

AÇIQ TENDER ELAN EDIR

 

Satınalan təşkilatın adı-Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin

Birləşmiş Müdiriyyəti

Əlaqələndirici şəxs- Quliyev Emin Arif oğlu (S .A.A.)

Satınalan təşkilatın ünvanı-Bakı şəhəri, Ya­samal rayonu, Moskva prospekti 69 A.

Əlaqələndirici şəxsin [email protected]

Əlaqə nömrəsi- (012) 431- 08- 64.

Satınalma predmetinin adı - Tərtərçay sol sahil kanalının yenidən qurulması ;

Ünvanı -Tərtər rayonu ərazisi

İşlərin qısa təsviri- l=20175 pm uzunluğunda Tərtərçay sol sahil kanalının qurğularla birlikdə tikintisi.

İşlərin yerinə yetirilmə müddəti – 19 aydır.

Tender təkliflərinin qiymətləndirməsi meyar­ları:

Tender təklifinin ödəniş şərti – 10 bal. İddiaçı bağlanacaq satınalma müqaviləsini, işlər yerinə yetirildikdən sonra ödəniş edilməsi şərti ilə bağlamağa razıdırsa bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır. İddiaçı tender təklifində 30 faizdən artıq avans ödənişi tələb edərsə, həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 30 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında he­sablanacaq, (30 – X)/30x10 X - tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.

Qiymət təklifi – 90 baldır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini möhürlənib imzalan¬mış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.

İştirak haqqı 4000 (dörd min manat) ma­natdır (iştirak haqqının məbləği Dövlət Satı­nalmaları haqqında Azərbaycan Respublikası Qanunun 29.1 maddəsinə müvafiq olaraq müəyyənləşdirilir).

İddiaçılar aşağıda göstərilən hesaba müəyyən edilmiş iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN - 1300300711

H/h - AZ 10 IBAZ 380700194497 16100216,

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h- AZ03NABZ01350100000000002944

VÖEN -9900001881

SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender təklifi azı 30 bank günü qüvvətə olmalıdır (tender təkliflərinin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır). Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alın­madan) vergi ödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi or­qanından arayış(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti(son maliyyə dövrünə olan məlumatı əks etdirməsi zəruridir).

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bank tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).

6. İddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə (kommersiya və hüquqi şəxslərin Dövlət qey­diyyatı reyestrindən çıxarış, iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin no­tarial qaydada təsdiq olunmuş surətinin olması zəruridir).

7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi zəruridir).

8. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (asan xidmət tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması(vergi xidməti tərəfindən təqdim edilməli, son rübü əhatə etməsi zəruridir).

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (vergi xidməti tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olması zəruridir).

11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığı­nın olması (iddiaçı tərəfindən təqdim edilməlidir).

12. İddiaçının mikro, kiçik və orta sahibkar­lıq subyektlərinin meyarlarına uyğun olması (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməlidir).

13. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müva­fiq lisenziyaya və ya icazəyə malik olması (Azərbaycan Respublikasının İqtisadiyyat Nazir­liyi tərəfindən təqdim edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3 və 13-cü sıralarda göstərilən sənədləri 29 iyul 2022-ci il saat 17.00-a (tender təkliflərinin açılısına 7 (yeddi) bank günü qalmış) ixtisas göstəriciləri uyğun gələn iddiaçıların tender təklifi və bank təminatını isə 18 avqust 2022-ci il saat 17.00 –a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) möhürlənib imzalan-mış şəkildə ikiqat zərflərdə satınalan təşkilata təqdim etməlidirlər.

İddiaçıların təklifləri 19 avqust 2022-ci il saat 15.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haq­qında” Qanuna uyğun keçiriləcəkdir.

Tender komissiyası

23 İyun 2022 00:10 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
1 İyul 2022 | 00:21
OXUCULARIN NƏZƏRİNƏ!

Köhnə versiyamızdan xəbərləri izlə