Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Böyük Qayıdış ərəfəsindədir

Azərbaycan uzun müddətdir ki, Böyük Qayıdışa ciddi hazırlaşır. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən yüksək səviyyəli işlər həyata keçirilib. Ən önəmli məsələlərdən biri isə yolların inşasıdır. Elektrik təchizatı, su və qaz təminatı ilə bağlı işlər də ciddi şəkildə həllini tapmaqdadır. Eyni zamanda, bu haqda vətəndaşlardan sorğular götürülüb, onların fikirləri öyrənilib.

Bunu “Xalq qəzeti” nə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov dedi.

Deputat bildirdi ki, vətəndaşlarımız kütləvi şəkildə bu prosesə hazırlaşırlar: “Bu yaxınlar­da “ağıllı kənd”ə 40 ailənin köçü baş tutacaq. Qeyd etmək lazım gəlir ki, bu, mürəkkəb prosesdir. Azərbaycan indiyədək bunun öhdəsindən uğurla gəlib. Birinci “ağıllı kənd” layihəsini müvəffəqiyyətlə icra etmişik. Hesab edirəm ki, ikinci layihə də bu şəkildə həyata keçiriləcək. Artıq bu barədə müzakirələr aparılır. Füzulidə və digər bölgələrimizdə də “ağıllı kənd”lərin salınması ilə bağlı işlər görülür. Bu istiqamətdə baş planlar sürətlə hazırlanır, ciddi addımlar atılır. Burada evlər ən müasir üslubda tikilir. Abadlıq işləri yüksək səviyyədə aparılır. Bu da onu deməyə əsas verir ki, çox qısa bir zamanda dövlət əhalinin ora köçürülməsini uğurlu və münasib forma­da təmin edəcək”.

Şahxanım ƏLİZADƏ,

“Xalq qəzeti”

23 İyun 2022 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə