Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaxarova erməni jurnalistə sərt cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasını “mətbuat azadlığına növbəti hücum” adlandıran erməni jurnalisti yerinə otuzdurub.

Brifinq zamanı erməni jurnalistin sualını ca­vablandıran M.Zaxarova qeyd edib ki, Rusiya mövcud və yaranan problemləri öz tərəfdaşları ilə ikitərəfli formatda həll edir: “Hesab edirəm ki, KİV-in və onların fəaliyyəti məsələləri iki əsas məsələyə diqqət ayıraraq həll edilməlidir. Bu, ilk növbədə qanuna uyğun olaraq yerinə yetirilməli, ikincisi isə milli və beynəlxalq hü­quqda qeyd olunduğu kimi, söz azadlığı və jur­nalist hüquqlarına hörmətə əsaslanmadır. Ona görə də biz mövcud və yaranan problemləri öz tərəfdaşlarımızla ikitərəfli formatda həll edirik. Ümid etmək istəyirik ki, bu cür presedentlər daha az olacaq, mətbuat sahəsindəki münasibətlərimizi feyk və dezinformasiyalara müqavimətin zəruriliyini rəhbər tutaraq inkişaf etdirmək istəyirik”.

Qeyd edək ki, Rusiyanın “RİA Novosti” agentliyi özünü Azərbaycanın ərazilərində qa­nunsuz təşkilatın “naziri” adlandıran separatçı Artak Beqlaryanla müsahibə yerləşdirmişdi. Həmin müsahibədən sonra Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb.

Azərbaycan Respublikasında yayıl­ması qanunla qadağan edilən informa­siyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informa­siyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanun­la qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır. Sözügedən informasiya agentliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşıyıb.

“RİA Novosti” agentliyi internet informasi­ya resursunda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Res­publikası Qanununun tələblərini pozub və həmin qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb.

Daha sonra agentlik həmin müsahibəni internet informasiya resursundan silib.

22 İyun 2022 23:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə