Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvanın turizm imkanları Azərbaycan, Türkiyə və İranın turizm şirkətlərinə, media nümayəndələrinə nümayiş etdirilir

İyunun 22-də Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə “Nuh diyarı – Naxçıvan” tədbiri çərçivəsində Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətləri və media nümayəndələri Naxçıvana səfər ediblər.

Tədbirin məqsədi Naxçıvanın turizm destinasiyası kimi qon­şu ölkələrdə tanıdılması, sənaye nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və muxtar respublika ilə bağlı müştərək turizm məhsullarının hazırlanmasıdır.

İnfoturun ilk günündə iştirakçı­lar ümummilli lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Naxçıvan Biznes Mərkəzində keçirilən açılış mərasimi çərçivəsində Azərbaycan, Türkiyə və İranı təmsil edən turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri qiymətləndirilib.

Həmçinin hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.

Yerli və xarici KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan mətbuat konfransında onların maraq doğuran sualları cavablandı­rılıb.

Daha sonra iştirakçılar Ordubad rayonuna səfər edərək rayonun turizm imkanları ilə yaxından tanış olublar.

İyunun 24-dək davam edəcək səfər müddətində turizm şirkətləri və media nümayəndələri “Xan Sara­yı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılacaqlar.

Onlar, həmçinin Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Batabat yaylağı, Ağbu­laq Kənd Turizm-İstirahət Bölgəsi, “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olacaqlar.

Qeyd edək ki, “Nuh diyarı – Nax­çıvan” tədbiri Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası­nın Turizm Departamenti arasında “2020-2023-cü illər üçün Birgə Fəaliyyət Planı”na əsasən keçirilir.

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

22 İyun 2022 23:55 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 İyul 2022 | 15:54
Azərbaycan nefti bahalaşıb
2 İyul 2022 | 10:39
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə