Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda "Qarabağın təbiəti və ekologiyası" kitabının təqdimatı

Lənkəranda tanınmış yazıçı-ekoloq Bəxtiyar Hüseynovun yeni işıq üzü görmüş "Qarabağın təbiəti və ekologiyası" kitabının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Yazıçı­lar Birliyinin birgə təşkilatçılığı ilə təqdimatı keçi­rilib. Tədbirdə hər iki qurumun əməkdaşları, eyni zamanda, Ədliyyə Nazirliyinin cənub regionunda çalışan rəhbər şəxsləri, o cümlədən bölgənin ta­nınmış ziyalıları və ağsaqqalları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, müəllif qonaqları salamlayaraq, yeni kitabın ərsəyə gəlməsindən da­nışıb. Bildirib ki, yeni nəşr 30 il düşmən tapdağı al­tında qalan Qarabağın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük sərkərdəlik bacarı­ğı və Rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunmasından doğan sevinc hissləri ilə yazılıb. Bəxtiyar Hüseynov vurğulayıb ki, son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalinin ekoloji maarifləndirilməsinə ciddi önəm verir. Na­zirliyin bilavasitə dəstəyi ilə nəşr olunan yeni kitab həm elmi əsər, həm də dərs vəsaiti kimi qiymətli mənbədir. Kitab həm də Qarabağın təbiəti ilə bağlı araşdırma aparanlar üçün əvəzedilməz vəsaitdir.

Qeyd edək ki, nəşr Qarabağ işğaldan azad edildikdən sonra yazılan ilk elmi bədii-publisistik kitabdır. Bəxtiyar Hüseynovun "Qarabağın təbiəti və ekologiyası" kitabında Azərbaycanın təbiətşünas alimlərinin elmi-tədqiqat işləri diqqətə çatdırılmaq­la bərabər, Qarabağın əsrarəngiz təbiəti və ekologi­yasından, eləcə də işğaldan sonrakı bərpa dövründə aparılan geniş quruculuq işlərindən ətraflı bəhs olunur. Eyni zamanda, kitabda müəllifin görkəmli təbiətşünas və ekoloq alimlərin həyat yolu ilə bağlı yazdığı elmi oçerkləri də yer alır. Kitabda Bəxtiyar Hüseynovun “Qarabağ Azərbaycandır” mövzusun­da silsilə şeirləri və “Üzün gülsün, Qarabağ” adlı lirik poeması da dərc olunub.

22 İyun 2022 23:52 -

Köhnə versiyamızdan xəbərləri izlə