Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə parlamenti Liviyadakı hərbi missiyanın mandatını uzadıb

Türkiyə Böyük Millət Məclisi ölkə prezidentinin Liviyadakı hərbi qüvvələrin mandatının 2 iyul 2022-ci ildən 18 ay müddətinə uzadılması haqqında fərmanının layihəsini bəyənib. Təklif parlamentə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən göndərilib. Məlumatı “Anadolu” agentliyi verib.

 

Məlumata görə, Türkiyə hərbçilərinin mandatının uzadılması haqqında qərar Liviyanın BMT tərəfindən tanınmış qa­nuni hökumətinin hərbi yardım haqqında müraciətinə əsasən qəbul edilib.

Sənəddə bildirilir: “Türkiyə Liviyanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini, ölkədə atəşkəs rejiminin dayanıqlı şəkildə təmin olunmasını və son nəticədə milli barışa gətirib çıxaracaq siyasi dialoq üzrə səyləri qəti olaraq dəstəkləyir”.

Türkiyə liderinin fərman layihəsində qeyd edilir ki, Liviyada 21 dekabr 2021-ci ilə planlaşdırılmış seçkilərin iflasa uğra­masından sonra ölkədə yaranmış siyasi qeyri-müəyyənlik yerlərdə formalaşmaqda olan sakitliyi təhlükə altına alır: “Yaranmış vəziyyət həm də dayanıqlı sabitlik yaratmaq üçün ciddi maneəyə çevrilir. Buna görə də Liviyadan bütün region, eləcə də Türkiyə üçün yaranan təhlükə hələ qalmaqdadır”.

Sənəddə bəyan edilir ki, əgər Liviyanın qanuni hökumətinə qarşı hərbi hücumlar bərpa olunarsa, bu, bütün Aralıq dənizi hövzəsində, o cümlədən, dənizin şima­lında Türkiyənin maraqlarına mənfi təsir göstərəcək.

Xatırladaq edək ki, Türkiyə parlamenti Li­viyaya ilk qoşun hissələrinin göndərilməsinə 2020-ci ilin yanvarında icazə vermişdi. Bundan sonra Türkiyə hərbi qüvvələrinin mandatı 18 ay müddətinə – 2022-ci ilin iyuluna qədər uzadılmışdı.

Bundan əvvəl Türkiyə və Liviya hökumətləri 27 noyabr 2019-cu ildə qarşılıqlı anlaşma haqqında iki memorandum imza­layıb. Onlardan biri hərbi yardım, o birisi isə dəniz yurisdiksiyasının məhdudlaşdırılması haqqındadır.

Paşa ƏMİRCANOV,

 “Xalq qəzeti”

22 İyun 2022 23:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə