Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya Ukraynaya 1 milyard avro qrant ayıracaq

Almaniya Rusiyanın işğalına məruz qalan Ukraynaya böyük qrant ayıracağı məlum olub. Bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk teleqramda məlumat yayıb. “Bugünkü iclasda Almaniyadan büdcə dəstəyi üçün 1 milyard avro məbləğində qrantın cəlb edilməsi təsdiq edilib”, - deyə o qeyd edib.

T.Melniçukun sözlərinə görə, sözügedən maliyyə vəsaiti Ukrayna iqtisadiyyatı­nı sabitləşdirmək məqsədilə büdcə ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.

Avropa İttifaqı indidən Ukraynanın gələcək bərpası barədə düşünür. Avropa İnvestisiya Bankının (EIB) rəhbəri Verner Hoyer brifinqdə bildirib ki, Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox vəsait lazım olacaq. Onun sözlərinə görə, Avropa Ukraynanın yenidən qurulmasında ən böyük rolu oynamalı olacaq.

“EIB rəhbərliyi artıq Ukraynanın yenidən qurulması üçün 1-1,5 milyard dollar arasında vəsaitin ayrılması üzərində işləyir”, - deyə V.Hoyer vurğulayıb.

Ukrayna xalqı və hökuməti, əlbəttə, bu ölkənin gələcək bərpası barədə narahat olanlardan razıdır. Ukrayna Prezidenti Volodimir Zelenski də bu barədə dəfələrlə minnətdarlıq hissilə danışıb.

Lakin, dövlət başçısı, eyni zamanda qeyd edib ki, bu gün Ukraynaya özünü müdafiə üçün ən çox silah-sursat lazımdır. Bir çox ekspertlər hesab edirlər ki, Qərb dövlətləri Ukraynaya kifayət qədər ağır silahlar vermir.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

22 İyun 2022 23:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 İyul 2022 | 01:13
Rusiyada yoluxma azalır
3 İyul 2022 | 01:03
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə