Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 239 Bakı şəhəri, 21 iyun 2022-ci il

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub­likası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin vəzifə (tarif) maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2010-cu il 4 iyun tarixli 106-6 nömrəli qərarlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 mart tarixli 3190 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2019, № 9, maddə 1557; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 mart tarixli 91 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin ikinci hissəsi yeni redaksiyada təsdiq edilsin (əlavə olunur, məxfi).

2. Bu Qərar 2022-ci il aprelin 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə