Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 238     Bakı şəhəri, 21 iyun 2022-ci il

“Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tuta­raq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 63; 2008, № 7, maddə 673; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2721; 2020, № 4, maddə 484, № 9, maddə 1222; 2021, № 10, maddə 1196) ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddə “onlara baytarlıq şəhadətnamələrinin” sözləri “heyvanlara identikləşdirmə haqqında şəhadətnamələrin” sözləri ilə əvəz edilsin.

2. 1.6-cı bəndə “tərəfindən” sözündən sonra “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə” sözləri əlavə edilsin.

3. 1.7-ci bənddə “daxil edilir” sözləri “real vaxt rejimində ötürülür” sözləri ilə əvəz edilsin.

4. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Heyvanların identikləşdirilməsi onlara fərdi və ya qrup halında identikləşdirmə nömrəsinin və identikləşdirmə haqqında şəhadətnamənin verilməsindən ibarətdir.

İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq fərdi qaydada və ya qrup halında nişanlan­malıdırlar.”.

5. 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərdə “birkalan­ması (nişanlan-ması)” sözləri “nişanlanması” sözü ilə əvəz edilsin.

6. 2.3-cü bənddə “birkalar (nişanlar)” sözləri “nişanlar” sözü ilə əvəz edilsin.

7. 2.6-cı bənddə “baytarlıq pasportunun” sözləri “identikləşdirmə haqqında şəhadətnamənin” sözləri ilə əvəz edilsin.

8. 2.7-ci, 2.8-ci və 2.10-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.7. Kənd təsərrüfatı heyvanları doğulduqdan sonra 1 ay müddətində nişanlanmalıdırlar. İribuy­nuzlu və xırdabuynuzlu heyvanların və donuzların nişanlanması hər iki qulağına birka, təkdırnaqlı heyvanların, dəvələrin və qulaq seyvanı kiçik olan xırdabuynuzlu heyvanların nişanlanması mikroçip, quşların nişanlanması isə qrup halında onların sax­lanc yerlərinə birka vurulmaqla həyata keçirilir.

2.8. Birkaların təsviri, mikroçiplərin spesifikasi­yası Agentlik tərəfindən müəyyən edilir.

2.10. Kənd təsərrüfatı heyvanlarının nişanlan­masının yekunu olaraq, dövlət baytarlıq müfəttişi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnforma­siya Sistemi (AQTİS) vasitəsilə identikləşdirmə haqqında şəhadətnamə tərtib edir və həmin şəhadətnamə heyvan sahibinə verilir. Heyvanla­rın identikləşdirilməsi haqqında şəhadətnamənin nümunəsi və şəhadətnaməyə daxil edilməli olan məlumatların siyahısı Agentlik tərəfindən müəyyən edilir.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə