Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 237    Bakı şəhəri, 21 iyun 2022-ci il

 

“İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tuta­raq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 639; 2021, № 6 (IV kitab), maddə 666, № 7, maddələr 864, 873) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “İşsiz şəxslərin özünüməşğulluğunun” sözləri “Özünüməşğulluğun” sözü ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” üzrə:

2.1. adında “İşsiz şəxslərin özünüməşğulluğunun” sözləri “Özünüməşğulluğun” sözü ilə əvəz edilsin;

2.2. 1.1-ci bəndə “işsiz” sözündən sonra “, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran (bundan sonra – işsiz və işaxtaran)” sözləri əlavə edilsin;

2.3. 1.4-cü bənd ləğv edilsin;

2.4. 2.1.4-cü yarımbəndə “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

2.5. 3.1-ci və 4.1-ci bəndlərdə “(bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran)” sözləri “və işaxtaran” sözləri ilə əvəz edilsin;

2.6. 3.3-cü bəndin ikinci cümləsində “kimi qeydiyyata alınmış (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran)” sözləri “və işaxta­ran” sözləri ilə əvəz edilsin;

2.7. 4.2-ci bənddən “, bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərə isə” sözləri çıxarılsın;

2.8. 5.1-ci və 5.3-cü bəndlərə “İşsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

2.9. 5.2-ci bəndə “İşsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin və həmin bənddə “(bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran)” sözləri “və iş axtaran” sözləri ilə əvəz edilsin;

2.10. 6.1-ci bənddə “3.4-cü bəndində” sözləri “3.3-cü bəndində” sözləri ilə əvəz edilsin və həmin bənddən “işsiz” sözü çıxarılsın;

2.11. 6.2-ci bənddə “İşsiz şəxsin” sözləri “Şəxsin” sözü ilə əvəz edilsin və həmin bəndə “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

2.12. 6.5-ci bəndə “işsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin;

2.13. 7.1-ci bəndə “İşsiz” sözündən sonra “və işaxtaran” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə