Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 234    Bakı şəhəri, 21 iyun 2022-ci il

“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyaz­başı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz ya­taqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn bir sıra məsələlər barədə

“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında 20 avqust 1997-ci ildə bağlan­mış Sazişdə Dəyişiklik” sənədini imzalamaq səlahiyyətinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 iyun tarixli 3225 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında 2022-ci il 20 iyun tarixində Bakı şəhərində imzalanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Gədəbəy, Qoşa, Ordubad qrupu (Pi­yazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz ya­taqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin 3.1-ci bəndində qeyd olunan “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilsin.

2. “Azərbaycan Respublikasının Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 yanvar tarixli 16-1 nömrəli Qərarı ləğv edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə