Ən son xəbərlər
№ 233 Bakı şəhəri, 21 iyun 2022-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 502) ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bənddə “və 3.3-cü bəndlərinin tələbləri” sözləri “bəndi” sözü ilə əvəz edilsin.
2. 3.3-cü bənddə “3.2-ci bəndində göstərilən halda” sözləri “4.2-ci bəndinin birinci cümləsinə uyğun olaraq müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən işə qəbul olunmuş” sözləri ilə əvəz edilsin.
3. 4.1-ci bənddə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 6.3-cü” sözləri “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 6.2-ci” sözləri ilə əvəz edilsin.
4. 4.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə