Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"e-visa" adlı kütləvi domen qeydiyyatları müşahidə olunur

Son zamanlar müxtəlif xarici domen zonalarında "e-visa" adlı kütləvi domen qeydiyyatları müşahidə olunur.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, qeydiyyatdan keçirilən domen adlarının ümumişlək olması və turizm şirkətləri tərəfindən mümkün istifadəsini nəzərə alaraq onların bloklanması və ya qarşısının alınması yanlış pozitiv (false-positive) ola bilir.

Lakin domen adlarının şübhəli quruluşları onu deməyə əsas verir ki, dələduzlar bu sahədə də aktiv kampaniyalar həyata keçirir.

Mərkəz vətəndaşları belə saytlarda qeydiyyat və digər əməliyyatlar zamanı diqqətli olmağa çağırır və yalnız legitimliyinə əmin olduqları elektron informasiya resurslarından istifadə etməyi tövsiyə edir.

22 İyun 2022 14:59 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə