Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 19-da inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahan üçün namizədlər DİM-in saytında linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 11-də başlanır. Namizədlər saat 10-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 56, BB qrupu üzrə 156 olmaqla, ümumilikdə 218 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 2 imtahan rəhbəri, 14 nəzarətçi müəllim ayrılıb.

Namizədlər imtahanda yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları ilə DİM-in saytında tanış ola bilərlər.

18 İyun 2022 14:08 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə