Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Aviasiya Akademiyası “Web of Science” üzrə ən proqressiv universitet sertifikatına layiq görülüb

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası Təhsil Nazirliyinin dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” ilə birgə keçirdiyi tədbirdə “Web of Science” bazasına daxil olan jurnallarda dərc edilən elmi məqalələrin sayına görə ən proqressiv universitet sertifikatına layiq görülüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının ­Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, AMEA-nın 
vitse-­prezidenti Dilqəm Tağıyev, ali məktəblərin rektorları, ­akademiyanın adından isə rektorun köməkçisi, rejim və tərbiyə işləri üzrə prorektor Ənvər Həzərxanov və tədris işləri üzrə prorektor Ədalət Səmədov iştirak edib.

7 Dekabr 2018 01:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə