Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quançjou Azərbaycan cüdoçularını gözləyir

Azərbaycanın cüdo üzrə milli komandasının üzvləri Rüstəm Orucov, Hidayət Heydərov ( hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri və İrına Kindzerskaya (hər ikisi 100 kq-dan yuxarı) Çin Xalq Respublikasına səfər ərəfəsindədirlər. Tatami ustalarımızı Quançjou şəhərində “World Masters” turnirinin (15-16 dekabr) görüşlərı gözləyir.
Turnirdə 52 ölkədən 240-a qədər cüdoçunun çıxış edəcəyi gözlənilir. Dünya reytinqinə uyğun surətdə qarşıdakı yarışda hər çəki dərəcəsində 16 idmançı starta çıxacaq. Quançjou sınaqları həm də Olimpiya təsnifat yarışlarının bir mərhələsi olacaq.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

7 Dekabr 2018 01:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə