Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi rayonunda qışa hazırlıq məsələləri müzakirə edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
İclasda rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
E.Allahverdiyev mövsümə hazırlıqla əlaqədar rayon icra hakimiyyətində xüsusi qərargah yaradıldığını və tədbirlər planına uyğun olaraq işlərin həyata keçirildiyini bildirib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış edib. Mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verən İ.Süleymanov yolların qardan vaxtında təmizlənməsi məqsədi ilə səfərbər ediləcək texnikanın texniki vəziyyətinin yoxlanıldığını, cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki və növbətçilik cədvəlinin təsdiq olunduğunu diqqətə çatdırıb. 
İclasda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri Coşqun Cəbrayılov, Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehrəliyev çıxış edərək, payız-qış mövsümünə hazırlıqla əlaqədar görülməli işlərlə bağlı qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tövsiyə və təkliflərini veriblər.

V.BAYRAMOV,
“Xalq qəzeti”

7 Dekabr 2018 01:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə