Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi

Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində fəaliyyət göstərəcək. 
Nazirlikdən verilən məlumata görə, mərkəzdə NRYTN-nin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda təqdim olunur. 
Bildirək ki, “Şəbəkə” mərkəzində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri, xüsusi özünəxidmət terminalları da fəaliyyət göstərir. 
Mərkəzdə “Azercell express” müştəri xidmətləri bölməsi də fəaliyyət göstərir. Burada “Azercell” abunəçiləri telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə əldə edə bilərlər.
Ümumiyyətlə, “Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. 
Bu ilin 11 ayı ərzində respublika üzrə 8 “Şəbəkə” xidmət mərkəzinə 930 min nəfərə yaxın insan müraciət edib. 

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

7 Dekabr 2018 01:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə