Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi koreyalıların 60 faizi Kim Çen Inın Seula səfərini dəstəkləyir

“Realmeter” sosiologiya agentliyinin hazırladığı hesabata əsasən, Cənubi Koreya vətəndaşlarının təxminən 60 faizi Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Seula gözlənilən səfərini dəstəkləyir.
Bu barədə TASS informasiya agentliyinin məlumatında qeyd edilir ki, agentliyin keçirdiyi sorğuda iştirak edənlərin 61,3 faizi Kim Çen Inın səfərinin Koreya yarımadasında sülhə və sabitliyə şərait yaradacağını düşünür. Eyni zamanda, respondentlərin 31,3 faizi səfərin əleyhinə çıxıb. Onların fikrincə, Pxenyanın nüvəsizləşdirmə və sülh barədə bəyanatları səmimi deyil.
Xatırladaq ki, sorğu iki gün öncə Cənubi Koreya Respublikasının 500 vətəndaşı arasında keçirilib.
Qeyd edək ki, bir sıra yerli KİV-lər KXDR liderinin Seula səfərinin 18-20 dekabr tarixlərinə planlaşdırıldığını yazsalar da, Cənubi Koreya prezidentinin administrasiyası məlumatı təkzib edib. Bildirilib ki, Kim Çen Inın səfəri bu ilin sonunda, yaxud gələn ilin əvvəlində mümkün ola bilər. Onun vaxtı Şimali Koreya tərəfindən asılıdır.
Qeyd edək ki, 2018-ci ildə Pxenyanda baş tutan üçüncü koreyalararası sammit zamanı KXDR lideri “yaxın vaxtlarda” Seula səfər edəcəyini vəd etmişdi. Bir qədər sonra isə Cənubi Koreya Prezidenti Mun Ce-İn dəqiqləşdirmişdi ki, səfər 2018-ci ilin sonunadək baş tuta bilər.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

7 Dekabr 2018 01:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə