Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu: Ankara Qara dəniz regionunda gərginliyin artmasının əleyhinədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son günlər Qara dəniz regionunda Ukrayna ilə Rusiya arasında münasibətlərin kəskin pisləşməsi mövzusunu şərh edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

 

M.Çavuşoğlu deyib ki, Ankara Qara dəniz regionunda əlavə gərginlik ocağının yaranmasının əleyhinə çıxış edir. Nazir vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko ilə telefon əlaqəsi saxlayaraq müzakirələr aparıb.  
Türkiyənin xarici işlər naziri həmçinin bildirib ki, Ankara bundan sonra da Kiyev və Moskva ilə birbaşa əlaqələr yarada bilər. Türkiyə rəsmisi hesab edir ki, problemin həlli üçün, ilk növbədə Ukrayna gəmilərini və onların heyətlərini geri qaytarmaq lazımdır. Şübhə yoxdur ki, artıq müvafiq addımlar atılır.
M.Çavuşoğlunun sözlərinə görə, Ankara bu istiqamətdə öz töhfəsini verir. Nazir vurğulayıb ki, həm Rusiya, həm də Ukraynanın Kerç boğazından istifadə etmək hüququ var. Tərəflər gələcəkdə yeni böhranla üzləşməmək üçün öz hərəkətlərini əlaqələndirməlidirlər.  
Yeri gəlmişkən, dünən Türkiyənin xarici işlər naziri Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla telefon əlaqəsi saxlayıb. Söhbətin təfərrüatları barədə hələlik mediaya açıqlama verilməyib. 

M.HACIXANLI,
“Xalq qəzeti”

7 Dekabr 2018 00:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə