Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

OPEC hasilatı azaltmaq barədə qərar qəbul edib

Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC+ növbəti iclasında qurumun monitorinq komitəsi 2019-cu ilin birinci yarısında hasilatı azaltmaq barədə qərar qəbul edib.
“Bloomberg”in məlumatına görə, bu barədə Omanın neft naziri Məhəmməd əl-Rumhi bildirib. Onun sözlərinə görə, dünya bazarında “qara qızıl”ın qiyməti stabilləşməlidir.
Lakin ABŞ Prezidenti Donald Tramp bildirib ki, dünya neftin qiymətinin qalxmasını istəmir. OPEC hasilatı azaltmamalıdır.
Dünya bazarında isə “qara qızıl”ın qiyməti belədir: Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 61,30 dollardır. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 51,40 dollardır. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 63,10 dollardır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

7 Dekabr 2018 00:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə