Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni baş məşqçi

İngiltərənin “Sauthempton”  futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb. Bildirilir ki, bundan sonra klubu Ralf Hasenhutl çalışdıracaq. Yeni məşqçi ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 14 turdan sonra turnir cədvəlində topladığı 9 xalla 18-ci pillədə qərarlaşan “Sauthempton”  bir neçə gün öncə baş məşqçi Mark Huges ilə yollarını ayırmışdı.
Xəbəri “Futbol.ua” verib.

 

 

Hazırladı:
Elçin ABBASOV, 
“Xalq qəzeti”

7 Dekabr 2018 00:57 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə