Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üzən supermarket

“Carrefour” beynəlxalq ticarət şəbəkəsi tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində – Fars körfəzinin sahilində dünyanın ilk üzən supermarketi istifadəyə veriləcək. Üzən supermarketdən yaxtaların ekipaj üzvləri, su motosikletləri və sürətli qayıqları idarə edən idmançılar, həmçinin çimərliyə gələnlər istifadə edəcəklər. Marketdə alıcılara xidmət suda həyata keçiriləcək və sifarişlər “Kite Beach”, “Jumeirah Public beach” və “Al Sufouh Beach” çimərliklərinə çatdırılacaq. 

Məlumatı “Business İnsider” yayıb.

Hazırladı:
Elçin ABBASOV, 
“Xalq qəzeti”

7 Dekabr 2018 00:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə