Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabah paytaxtda 27, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Azərbaycanda mayın 29-una gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 22-27° isti, Bakıda gecə 14-16°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 25-30° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

 

28 May 2022 14:19 - EKOLOGİYA
EKOLOGİYA
1 İyul 2022 | 17:55
Sabaha olan hava PROQNOZU
30 İyun 2022 | 17:57
Sabahın HAVA PROQNOZU
29 İyun 2022 | 17:14
Sabahın HAVA PROQNOZU
28 İyun 2022 | 17:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə