Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN Paris şəhərinin merinin qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşünə etirazını bildirib

Mayın 28-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.

XİN-in Mətbuat xidməti idarəsindən bildiriblər ki, xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə mayın 27-də Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşünə etirazını bildirib.

Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.

Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb.

28 May 2022 12:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə