Ən son xəbərlər
Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” (“ Inter Continental Exchange Futures “) Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,68 faiz artaraq bir bareli 118,2 dollar olub.
“NYMEX” (“ New York Mercantile Exchange”) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,43 faiz artaraq bir bareli 114,58, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,39 faiz artaraq bir bareli 125,75 dollar olub.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədə benzin ehtiyatı tam azalıb. Strateji neft ehtiyatı isə 419,8 milyon barel azalıb və buna görə dünya bazarında “qara qızıl”ın qiyməti artıb. Digər tərəfdən Rusiya-Ukrayna münaqişəsi də dünya bazarında neftin qiymətinin bahalaşmasına səbəb olur.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə