Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mülki müdafiə qoşunlarında silsilə tədbirlər

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hərbi hissələrində “28 May – Müstəqillik Günü” münasibətilə silsilə tədbirlər keçirilib.

Hərbi hissələrdə keçirilən tədbirlərdə, əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissələrin inzibati binalarındakı büstü önünə əklil və gül dəstələri qoyulub, ümummilli liderin əziz xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurul­masının ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı ilə bilavasitə bağlı olduğunu qeyd ediblər. Vurğulanıb ki, ulu öndərin mütərəqqi siyasi kursunun layiqli da­vamçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, 30 ilə yaxın müddətdə işğal altında olan tor­paqlarımız azad olundu, ərazi bütövlü­yümüz bərpa edildi.

Tədbirlər çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət evinin əməkdaşlarının iştirakı ilə konsert proqramları da təşkil edilib, mədəniyyət işçilərinin bir qrupu hərbi hissə komandirləri tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

“Xalq qəzeti”

28 May 2022 02:28 -

Köhnə versiyamızdan xəbərləri izlə