Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BRITANIYA RƏSMISI: Biz Ukraynada savaşın qarşısını almalıyıq

Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass nəyin bahasına olursa-olsun Ukraynada savaşın qarşısının alınmasının vacib olduğunu bildirib. Nazir hesab edir ki, müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir. Bu barədə Londondakı rəsmi mənbələrə istinadən UNİAN agentliyi məlumat yayıb.

“Danışıqlar yolu ilə Rusiyanı cilovla­maq mümkün deyil. Buna ancaq güc yolu ilə nail olmaq mümkündür. Biz Uk­raynada uzanan və getdikcə daha ağır nəticələrə səbəb olan savaşın qarşısı­nı almalıyıq”, - deyə o söyləyib.

Diplomat bildirib ki, Qərb Rusiyanın Gürcüstanın bir hissəsini, Krımı və Don­bası işğal etməsindən tarixi dərs götürməlidir: “Biz Ukray­nanın qələbəsini təmin etməkdən ötrü Rusiyaya sanksiyalar tətbiq etməkdə amansız olmalıyıq. Həmçinin Kiyevə hərbi yardımları davam etdirməliyik”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın bütün torpaqlarını işğaldan azad edənədək qarşı tərəflə mübarizə aparacağını vurğulayıb.

Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukrayna­ya hücumu nəticəsində baylayan savaşın nəticəsində hər iki tərəfdən on minlərlə insan həlak olub, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. Yeddi milyona yaxın ukraynalı qaçqın kimi ölkəsini tərk etməyə məcbur olub. Qaçqın ailələri ən çox Polşa və Rumıniya ərazisində yerləşdirilib.

Hazırda ən ağır döyüşlər Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk vilayətlərinin ərazisində gedir. Ukrayna Odusunun güclü müqavimətinə baxmayaraq, Rusiya Silahlı Qüvvələri cəbhənin bu istiqamətində müəyyən irəliləyişə nail olublar.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

28 May 2022 02:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 İyul 2022 | 00:28
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə