Ən son xəbərlər
Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatı davam edir. Dünən Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Baxmut şəhərindəki 10-cu briqadasının mövqelərinə raket zərbələri endiriblər. Bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.
Konaşenkov deyib: “Rusiya Hərbi Kosmik Qüvvələrinin Donenskin Baxmut yaşayış məntəqəsi ərazisində 10-cu dağatıcı briqadasının mövqelərinə endirdiyi dəqiq zərbələr nəticədə yeddi komanda-nəzarət məntəqəsi, eləcə də hərbi texnika və canlı qüvvənin cəmləşdiyi otuz ərazi vurulub”.
Onun sözlərinə görə, Rusiyanın Hava Hücumundan müdafiə qüvvələri Odessa vilayətinin Belyarı yaşayış məntəqəsi üzərində Ukraynaya məxsus MiQ- 29 təyyarəsini vurub. Eyni zamanda, Xarkov vilayətinin Liptsı, Balakleya, Milıe Proxodı, Qlubokoe, Qlinskoe, Donetskin Yampol, Maslyakovka, Vasilyevka yaşayış məntəqələri üzərində Ukraynanın səkkiz pilotsuz uçuş aparatı məhv edilib. Luqanskın Svatovo rayonunda Ukraynanın “Toçka-U” ballistik raketi tutulub.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, dünən Rusiya qoşunlarının 12 hücumunun qarşısı alınıb, 5 artilleriya sistemi, 5 piyadaların zirehli döyüş maşını və 5 avtomobili məhv edilib. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın “Ka-52” helikopterini, “Orlan-10” tipli PUA-sını və Çernovtsı vilayətində Rusiyanın qanadlı raketini məhv edib.
Məlumata əsasən, Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir.
Ümumiyyətlə, döyüşlər başlayandan bəri Rusiyanın 29 750 hərbçisi zərərsizləşdirilib. Bundan əlavə, 3 246 ədəd zirehli döyüş maşını, 623 ədəd artilleriya sistemi, 201 ədəd reaktiv yaylım atəşi sistemi, 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 115 qanadlı raketi, 2 226 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi-kateri, 503 ədəd dronu və 48 ədəd xüsusi texnikası məhv edilib.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə