Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın sülh danışıqlarına konstruktiv yanaşma nümayiş etdirməlidir

Vətən müharibəsinin böyük tarixi Qələbəmizlə başa çatması Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla bərabər, Azərbaycanın bölgədə və dünyada mövqelərini daha da möhkəmləndirib. Bir neçə gün öncə Avropanın siyasət paytaxtı Brüsseldə keçirilmiş növbəti üçtərəfli danışıqlar da göstərdi ki, qitənin ali qurumu olan Avropa İttifaqı səviyyəsində ölkəmizlə lazımınca hesablaşırlar. Ermənistanla münasibətlərin normallaşması üzrə bu formatda görüşlər məhz Azərbaycanın irəli sürdüyü konsepsiyaya söykənir.

İnamla deyə bilərik ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mi­şelin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü, sonra isə Ermənistanın baş naziri Nikol Pa­şinyanın iştirakı ilə üçtərəfli görüş daha konstruktiv olması ilə yadda qaldı. Azərbaycanın dövlət başçı­sı ölkəmizin “danışıqlar menyusu” üçün irəli sürdüyü məlum beş baza prinsipinin beynəlxalq hüquqa əsaslandığını orada bir daha diqqətə çatdırdı. Brüssel səfərinin ertəsi günü sərhədlərin delimitasiya üzrə milli komissiyanın yaradılması haqqında Prezident sərəncamının imzalanması Azərbaycanın danışıqları reallaşdır­maq əzminin güclü olduğunu sübut etdi. Yeri gəlmişkən, Paşinyan da həmin gün müvafiq komissiyanın yaradılmasını rəsmən təsdiqlədi. Artıq həmin komissiyaların ilk görüşü də baş tutub. Bütün bunlar barışıq amalının daha da ciddiləşməsi anlamına gəlir.

Mübaliğəsiz demək olar ki, möhtərəm Prezidentimiz İlham Əliyevin yrütdüyü uğurlu diploma­tiya, sülhpərvər xarici siyasət xətti Azərbaycanın üstün mövqeyini şərtləndirən başlıca amildir. Dövlət başçımız artıq tarixə çevrilmiş Qara­bağ münaqişəsindən sonrakı reallıq­lara toxunaraq dəfələrlə diqqətə çar­dırıb ki, biz Ermənistanla sülh sazişi imzalamağa hazırıq. Münasibətləri normallaşdırmaq, düşmənçilik səhifəsini çevirmək istəyirik. Brüssel, Moskva və Soçi görüşlərində əldə edilən razılaşmalara səmimi yanaşı­rıq. Bu gün qarşı tərəfin də sülhya­ratma proseslərinə münasibətində müsbət meylin duyulması nikbinliyə əsas verir.

Sayca üçüncü Brüssel görüşü bir daha göstərdi ki, Avropa İttifaqı həqiqətən yekun sülh razılaşması­na nail olmaqda qərarlıdır. Bu isə özlüyündə təqdirəlayiq haldır. Av­ropa da istəyir ki, tezliklə sərhədlər dəqiqləşdirilsin, nəqliyyat dəhlizləri açılsın, bölgədə möhkəm sülh və rifah bərqərar edilsin. Heç də az prinsipial olmayan məqam bundan ibarətdir ki, Şarl Mişelin yekun bəyanatında sərhəd delimitasiyası, kommunikası­yaların açılıması, sülh müqaviləsinin hazırlanması kimi öncül məsələlərlə bərabər, Qarabağdakı etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi gərəkliyi də vurğu­lanıb. Bu isə ona işarədir ki, artıq Ermənistan rəhbərliyi də qondarma DQR qurumunun statusu məsələsinin aktuallığını itirməsi ilə barışıb. Birmənalı olaraq, bu, daha müzakirə mövzusu deyil.

Yəqin ki, yaxın vaxtlarda iki ölkənin rəhbərləri yenidən Mosk­vada görüşəcəklər. Buna görə də indi əsas səylər məhz Azərbaycanla Ermənistan arasında birbaşa, ikitərəfli təmaslara daha çox üs­tünlük verilməsinə, danışıqların Brüssel və Moskva formatları ara­sında uyğunluq əlamətlərinin tapılıb gerçəkləşdirilməsinə yönəldilməlidir. Elə etməliyik ki, daha kimsə nədənsə qısqanaraq “əyləci basmaq” fikrinə düşməsin. Subyektiv arqumentlər ziddiyyət yaratmasın, əksinə, konsep­siyalar bir-birini tamamlasın və real əməli nəticələr əldə oluna bilsin.

Sülh danışıqları prosesində Azərbaycanın mövqeyi aydın və qətidir. Görünən budur ki, Ermənistan tərəfi də tərəddüdlərə son qoyaraq, tədricən daha konstruktiv yanaşma nümayiş etdirir. Buna görə də ötən əsrdən miras qalmış qarşıdurmanın, nəhayət, birdəfəlik başa çatacağına və Cənubi Qafqaz ölkələri arasın­da məhz etimada əsaslanan dinc yanaşı yaşamaq prinsipinin hakim kəsiləcəyinə ümid edirik.

Seyfəddin ƏLİYEV, politoloq,

YAP Masallı rayon təşkilatının sədri

28 May 2022 04:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə