Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA Gəncə Bölməsində müstəqil respublikanın himninin müəllifi anıldı

Ölkə Prezidentinin sərəncamına uyğun olaraq ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim, milli müstəqilliyimizin tərənnümçüsü, istiqlal şairi, totalitar sovet rejimi repressiyasının qurbanı Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi ölkənin ictimai, ədəbi və elmi mühitində geniş şəkildə qeyd olunur.

Bu münasibətlə AMEA Gəncə Bölməsində də müxtəlif tədbirlər həyata keçirilir. Onlardan biri də “Azərbaycanın istiqlal şairi Əhməd Cavad” mövzusunda keçirilən respublika elmi-praktik konfran­sıdır.

Konfransda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək Azərbaycanın ədəbiyyat, həmçinin ictimai-siyasi tarixində özünəməxsus iz qoymuş Əhməd Cavadın həyatı, yaradıcılığının xüsusiyyətləri və milli azadlıq hərəkatımıza töhfələri, eləcə də Gəncə ilə bağlılığından danışmışdır.

Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli - “Əhməd Cavadın “mühacirət şeirləri” və sovet ədəbi tənqidinin metodoloji aspektləri”, Bakı Dövlət Universitetindən filologiya elmləri doktoru, professor Vaqif Sultanlı - “Əhməd Cavad yaradıcılığı Azərbaycan mühacirət ədəbiyyatşünaslığında”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzindən filologiya elmləri doktoru, professor Xəlil Yusifli - “Əhməd Cavadın poeziyası”, Gəncə Dövlət Universitetindən tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə - “Əhməd Cavadın ictimai-siyasi mühiti: Gəncə XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq hərəkatının mərkəzi kimi”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzindən, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov - “Əhməd Cavadın “Gəncəm hey!” şeiri Gəncə şəhərinin qəhrəmanlıq salnaməsidir”, Gəncə Dövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova - “Azərbaycan istiqlalının böyük şairi Əhməd Cavad”, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva - “Əhməd Cavad və Azərbaycan folkloru”, AMEA Gəncə Bölməsinin baş mütəxəssisi Elnur Həsənov - “Gəncənin elmi-mədəni mühiti Əhməd Cavadın yaradıcılığında”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Xəyalə Hüseynova - “Susmaram” şeiri Əhməd Cavadın həyat idealı kimi”, Azərbaycan Dövlət Aqrar Universtetindən Lalə Abdullazadə - “Milli istiqlal şairi Əhməd Cavad”, AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun elmi işçisi Mətanət Əliyeva - “Əhməd Cavad - Azərbaycan tarixində iz qoymuş milli istiqlal şairi”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçi Türkan Verdiyeva - “İstiqlal şairi Əhməd Cavad bir məhsuldar tərcüməçi kimi”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçi Leyla Kərimova - “Əhməd Cavad və türkçülük”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçi Təranə Verdiyeva - “İstiqlal şairi Əhməd Cavad və Gəncə”, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun elmi işçi Vüqar Əhmədli - “Əhməd Cavad və Qafqaz İslam Ordusu”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Aynurə Əmiraslanova - “Əhməd Cavadın kitabları”, Azərbaycan Dövlət Aqrar Universitetindən Günay Abdullayeva - “Əsərlərilə ruhlara toxunan şair Əhməd Cavad” mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

28 May 2022 02:07 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə