Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident AdministrasiyasındaAzərbaycan Sosial Rifah Partiyasının sədri ilə görüş keçirilib

Mayın 27-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar və iqtidar-müxalifət siyasi dialoqu, həmçinin dayanıqlı demokra­tik ənənələrin dərinləşməsində siyasi partiyaların rolu, cəmiyyətdə qadınla­rın rolunu artıran dövlət təşəbbüsləri, dünyada baş verən münaqişələr fonunda siyasi sabitliyin əhəmiyyəti və Azərbaycanın dünya siyasi xəritəsində artan rolu barədə fikir mübadiləsi aparılıb.

Siyasi dialoq prosesi çərçivəsində görülmüş işlər haqqında danışan şöbə müdiri bildirib ki, Prezident İlham Əliyevin təşəbbüslərini fəal dəstəkləyən siyasi partiyalar, əslində, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşmasına və demokratik ənənələrin dərinləşməsinə xidmət etmiş olurlar. Siyasi dialoqda iştirak edən tərəflər arasında konstruk­tiv əməkdaşlıq mühitinin bərqərar olması cəmiyyətin bütün potensialının dövlətin inkişafına yönəlməsini müm­kün etdiyini vurğulayan Administrasiya rəsmisi, yaranmış müsbət əməkdaşlıq dinamikasının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Mayın 22-də Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə toxunan Ədalət Vəliyev xüsusi vur­ğulayıb ki, mövcud istiqamətdə əldə edilmiş nailiyyətlər bütün regionda sülhün bərqərar olunması prosesində əvəzolunmaz əhəmiyyətə malikdir. Həmin görüşdən sonra Azərbaycanda və Ermənistanda dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissi­yalarının yaradılması, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində ilk görüşün keçirilməsi Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir.

Eyni zamanda, görüş zamanı dövlət tərəfindən koronavirus in­feksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda epide­mioloji vəziyyətin nəzarətdə saxla­nılmasına nail olunması, həmçinin dövlətimizin öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.

Təşkil olunmuş görüşə görə təşəkkürünü bildirən partiya sədri öz növbəsində milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimada və milli maraqların üstünlük təşkil etdiyi dövrə qədəm qoyulduğunu, yeni siyasi konfiqurasiyanın yaranmasının, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində atılan addımların siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdır­masında, ümumdövlət məsələlərinə vahid mövqedən yanaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Əsli Kazımova, həmçinin cəmiyyətdə qa­dınların artan rolu, humanitar sahədə dövlət təşəbbüslərinin əhəmiyyəti, gender məsələlərinin aktuallığının qorunmasına xidmət edən qanunve­rici təşəbbüslərin əhəmiyyəti barədə fikirlərini səsləndirib.

27 May 2022 23:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə