Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici ölkələrin dövlət və hökumət başçıları, görkəmli siyasətçilər 28 May – Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edirlər

 

Zati-aliləri!

Azərbaycan Respublikasının bütün vətəndaşlarına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Tarixin bu qeyri-adi məqamı bizə vahid bəşər ailəsi kimi həmrəylik şəraitində çalışmaq zərurətini xatırladır.

Hər bir ölkə öz milli sərhədlərindən daha uzaqlarda yaşanan çətinliklərin, o cümlədən COVID-19 pandemiyası nəticəsində artmış yoxsulluğun, bərabərsizliyin və ədalətsizliyin aradan qaldırılmasına, fövqəladə iqlim dəyişikliklərinin yaratdığı problemlərin və dünyamızı cənginə almış münaqişələrin həllinə kömək etməlidir.

Bu əlamətdar gündə Birləşmiş Millətlər Təşkilatı inanır ki, Azərbaycan Respublikasının bütün vətəndaşları çətinliklərə qalib gəlməyə, Davamlı İnkişaf Məqsədlərində irəliləyiş əldə olunmasının sürətlənməsinə, bütün insanlar üçün daha yaxşı, daha ədalətli, daha sülhpərvər dünya qurulmasına kömək edəcəklər.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Antonio QUTERREŞBMT-nin Baş katibi

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə xoşbəxtlik və xalqınıza rifah arzularımı bildirməkdən böyük məmnunluq duyuram.

Hörmətlə,

Əlahəzrət NARUHITOYaponiyanın İmperatoru

***

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.

1918-ci il ölkələrimiz üçün xüsusi tarixdir. Belə ki, 104 il əvvəl Gür­cüstan və Azərbaycan eyni vaxtda müstəqillik əldə edərək, öz qarşılarına güclü və azad dövlət qurmaq məqsədi qoydular. Bu fürsətdən istifadə edərək, Azərbaycanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm.

Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Gürcüstan və Azərbaycanı tarixi dostluq, mehriban qonşuluq münasibətləri, eləcə də sıx strateji tərəfdaşlıq birləşdirir. Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz böyük töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, birgə səylərimizlə əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaq, həmçinin region­da sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bundan sonra da bir çox səmərəli addımlar atacağıq.

Zati-aliləri, bir daha Sizə dərin ehtiramımı çatdırır, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

Salome ZURABIŞVILIGürcüstanın Prezidenti

***

Möhtərəm cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Şeyx Məhəmməd bin Zayed Al NƏHYANBirləşmiş Ərəb Əmirliklərinin Prezidenti

***

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

2022-ci ildə biz Polşa Respublikası ilə Azərbaycan Respublikası ara­sında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu müddət ərzində çox yaxşı səviyyədə olan siyasi münasibətləri inkişaf etdirməyə, ticarət əlaqələrini, ənənəvi dostluğu və əməkdaşlığı dərinləşdirməyə nail olduq.

Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminəm.

Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bütün Azərbaycan vətəndaşlarına bir daha təbriklərimi çatdırım.

Dərin hörmətlə,

Andjey DUDAPolşa Respublikasının Prezidenti

***

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyu­ram.

Biz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlığın əldə olunmasına yönələn bütün səyləri, o cümlədən aprelin əvvəlində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş uğurlu görüşü dəstəkləyirik.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə xoşbəxt və dinc gələcək arzulayıram.

Aleksander Van der BellenAvstriya Respublikasının Federal Prezidenti

***

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Pakistan xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Ötən 30 il ərzində iki xalq arasında dostluq və qardaşlıq münasibətləri daha da güclənib. Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələr də daxil olmaqla, ikitərəfli əməkdaşlıqdakı qarşılıqlı maraqlar və sabit dinamika növbəti illərdə daha da inkişaf edəcək.

Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur. Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Şahbaz ŞƏRIFPakistan İslam Respublikasının Baş naziri

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə, Azərbaycan Respublikasına və onun xalqına rifah, uğurlar və uzun ömür arzulayıram.

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bir çox çətinlikləri dəf edərək, uğurlu dövlət qurdu. Bu gün Azərbaycan Respub­likası dünya birliyində ən layiqli yerlərdən birini tutmaqdadır.

Vurğulamaq istərdim ki, Gürcüstan ölkələrimiz arasında əsrlər boyu formalaşan nümunəvi dostluq əlaqələrinə və strateji tərəfdaşlığa çox böyük əhəmiyyət verir.

Bu əlamətdar gündə Gürcüstan ilə Azərbaycan Respublikası arasında mövcud olan sıx əməkdaşlığın daha da dərinləşməsinə töhfələr verməyə hazır olduğumu bir daha bildirirəm. Əminəm ki, birgə səylərimizlə, re­gionda sabitliyin möhkəmlənməsi və iqtisadi tərəqqinin təmin olunması üçün bundan sonra da bir çox səmərəli addımlar atacağıq.

Zati-aliləri, fürsətdən istifadə edərək, bir daha Sizə dərin ehtiramımı ifadə edir, Sizə və qardaş Azərbaycan xalqına cansağlığı, sülh, əmin-amanlıq, rifah diləyirəm.

İrakli QARIBAŞVILIGürcüstanın Baş naziri

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə İor­daniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm.

II Abdullah ibn Al HÜSEYNİordaniyanın Kralı

***

Hörmətli İlham Heydər oğlu!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycanın bütün xalqına səmimi təbriklərimi və ən xoş arzula­rımı bildirməyi özümə şərəf sayıram.

Biz Azərbaycan Respublikasının bu illər ərzində qazandığı uğur­lara görə sevinir və ikitərəfli münasibətlərimizi bundan sonra da dərinləşdirməyə hazır olduğumuzu bildiririk. Dövlətlərimiz arasında mehriban qonşuluq münasibətlərinin ardıcıl olaraq yaxşılaşmasında Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Qurbanqulu BERDIMƏHƏMMƏDOVTürkmənistan Parlamenti Xalq Məsləhətinin sədri

***

Zati-aliləri!

Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcud­dur. Bu il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi tamam olur. Ötən 30 il ərzində əlaqələrimiz xüsusilə iqtisadi sahədə yaxşı inkişaf edib. Münasibətlərimizi qarşılıqlı anlaşma və maraq üzərində qurmaq olduqca vacibdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Ram Nat KOVINDHindistan Respublikasının Prezidenti

***

Möhtərəm cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Məhəmməd bin Rəşid Al MƏKTUM,Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı

***

Zati-aliləri!

Ölkənizin milli bayramı – müstəqilliyinizin 104-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdı­rıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Sauli NIINISTÖFinlandiya Respublikasının Prezidenti

***

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmimi dost­luq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyə hazır olduğumu bir daha vurğulayıram.

Dərin hörmətlə,

Məkki SALLSeneqal Respublikasının Prezidenti

***

Möhtərəm cənab Prezident!

İcazə verin, Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı bildirim.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu bayram Azərbaycan xalqının azadlıq və müstəqilliyinin, dövlətin çoxəsrlik inkişaf yolunun rəmzinə çevrilib.

Konstitusiya Azərbaycan Respublikasının dövlət suverenliyinin və siyasi quruluşunun möhkəm təməlini müəyyənləşdirib, vətəndaşların sosial hüquqlarına zəmanət təmin edib, tarixi-mədəni və mənəvi irsin qorunub saxlanması və zənginləşdirilməsi üçün şərait yaradıb.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun rəhbərliyi öz növbəsində Azərbaycan Respublikası ilə əməkdaşlığı yüksək qiymətləndirir və ümidvar olduğunu bildirir ki, ikitərəfli münasibətlərimiz xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcək.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, bir daha Sizə dərin ehtiramımızı bildirir, Qaqauz Yeri Muxtar Ərazi Qurumuna diqqətinizə görə təşəkkürümüzü ifadə edirik.

Dərin hörmət və ən xoş arzularla,

İrina VLAXMoldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri

Möhtərəm cənab Prezident!

Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alinizi – dünyaşöhrətli müzəffər siyasi lideri 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə şərəfli fəaliyyətinizdə Ulu Yaradandan Sizə uğurlar diləyirik.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri XX əsrin əvvəllərində istiqlaliyyətini elan etməsi olmuşdur. Böyük tarixi hadisə – 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaran­mış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.

Möhtərəm cənab Prezident, ilk növbədə, Sizə Azərbaycan xal­qının tarixi dəyərlərinə münasibətdə önəmli addım - 28 mayın Müstəqillik Günü kimi qeyd olunması ilə bağlı imzaladığınız tarixi əhəmiyyətli Sərəncama görə dərin minnətdarlığımızı bildirir, Zati-ali­nizin Azərbaycan dövlətçiliyi naminə dəyərli fəaliyyətinə Uca Yara­dandan rəvac diləyirik. Xalqımız müstəqillik bayramının sevincini Vətən müharibəsindəki Zəfərinin qüruru ilə daha möhtəşəm yaşayır. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixinin səhifələrinə möhtəşəm Zəfər günü ilə həkk etmiş şəxsiyyət olaraq bu bayramın sevinc və şərəfini ən çox haqq edən məhz Zati-ali­nizdir. Tarixi ədalətin bərpası – əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində Ali Baş Komandan kimi rəhbərliyinizlə Qələbə qazandığımız Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu. Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqı­nın sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə olaraq Sizin dünya miqyasında apardığınız fəal, inamlı siyasət ölkəmizin haqq işinin davamlı qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun rəşadəti ilə Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən azan səsləri ucaldı, müqəddəs məbədlərimiz əsarətdən qurtuldu.

Möhtərəm cənab Prezident, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzala­maqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi və bu dövlət 23 ay yaşadı. Müstəqilliyini bərpa etmiş Azərbaycan xalqının XXI əsrdə Zati-alinizin rəhbərliyi, müdrik, çoxşaxəli siyasəti sayəsində qazandığı böyük nailiyyətlər, həyata keçirdiyi müstəqil daxili və xarici siyasət, dövlətimizin yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanınması əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir daha heç vaxt əldən verməyəcək, müstəqilliyimiz əbədi olacaq.

Möhtərəm cənab Prezident, Azərbaycan dünya miqyasında qalib ölkə, Azərbaycan xalqını Zəfər çalmış xalq yüksəkliyinə qaldıran, Qa­rabağ Zəfərinin müəllifi olan Zati-aliniz xalqın dəstəyini, həmrəyliyini, sonsuz məhəbbətini və dərin etimadını qazanmışdır. Müstəqillik Günü bizə xoş fürsət verir ki, Sizin Azərbaycan dövləti və cəmiyyəti üçün bö­yük xidmətlərinizə görə cənabınıza bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək.

Qürurverici haldır ki, azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimiz dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla vəhdətdə Azərbaycan dövlətinin qüdrətini sarsılmaz etmişdir. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrini – vəhşicəsinə dağıdılmış şəhər və kəndləri seyr etmək nə qədər ağır olsa da, Sizin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə həmin məkanların tezliklə bərpası istiqamətində həyata keçir­diyiniz genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı iradəniz və fəaliyyətiniz bizi hədsiz sevindirir. Qısa zamanda Azərbaycanın Qarabağ torpaqları Sizin möhkəm siyasi iradəniz sayəsində öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur, yol layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi sevindirir. Uca Yaradan qalibiyyətli Vətən müharibəmizdə bir yumruq kimi birləşmiş müxtəlif millətlərin və dinlərin təmsilçiləri olan bütün şəhidlərə rəhmət eləsin.

Möhtərəm cənab Prezident, Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanın lütfü, dövlətimizin başçısının rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər. Dini konfessiya rəhbərləri olaraq Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin olunması istiqamətində əməli addımlarınıza görə təmsil etdiyimiz icmalar adından dərin minnətdarlığımızı bildirir, Uca Yaradandan bütün əməllərinizə xeyir-dualar diləyirik. Dualarımız hər zaman Zati-alinizlədir!

Möhtərəm cənab Prezident, ölkə dindarları adından Sizi Müstəqillik Günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Sizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirik. Qoy bu əlamətdar bayram dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O bir olan Yarada­nımız hər zaman yardımçınız olsun, öz lütf və mərhəmətini Azərbaycan xalqı və dövləti üzərində daim bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür PAŞAZADƏQafqaz Müsəlmanları İdarəsinin sədri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının sədriMilix YEVDAYEVAzərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəriVladimir FEKETERoma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisiArximandrit ALEKSIYRus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibiAleksandr ŞAROVSKIBakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəriRobert MOBILIAzərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri

***

Hörmətli İlham Heydər oğlu!

“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası İsraildə yaşayan çoxminli Azərbaycan icması adından Sizi Müstəqillik Günü münasibətilə təbrik edir.

Şərqdə ilk demokratiya – Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş dövlət idarəçiliyi ənənələrini sonrakı dövrdə Azərbaycan xalqının ümummilli lideri dahi Heydər Əliyev bərpa etmiş və Siz həmin ənənələri davam etdirirsiniz.

Bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi və siyasi davamçısıdır. Müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri indi də Azərbaycanda bərabərhüquqlu şəkildə yaşayırlar. Bu, bizim Vətənimizi bir sıra başqa ölkələrdən xüsusilə fərqləndirir.

Sizin Prezident vəzifəsində fəaliyyətinizin lap əvvəlindən Azərbaycan dəyişməyə başlayıb. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda nüfuz və iqtisadi cəlbedicilik qazanıb.

Biz, İsraildə yaşayan Azərbaycan icması öz Vətənimizlə həmişə fəxr etmişik. Lakin indi, Sizin rəhbərliyinizlə Azərbaycanın işğalçıları qovduğu və Vətən müharibəsində qalib gəldiyi vaxtda biz daha aydın başa düşürük ki, bu, ilk növbədə, Sizin xidmətinizdir və bütün bunlara görə Sizə təşəkkür edirik.

Əziz İlham Heydər oğlu, Sizi və Sizin timsalınızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik.

Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayırıq.

Dərin hörmətlə,

Lev SPIVAK“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti

Hörmətli İlham Heydər oğlu!

Qaraçay-Çərkəz Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycanın bütün sakinlərini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan əcdadların ənənələrinin müasir həyatda heyrətamiz şəkildə birləşdiyi dövlətdir. Onu əminliklə dünyada ən sürətlə inki­şaf edən iqtisadiyyatlardan biri adlandırmaq olar. Şübhəsiz ki, bu, təkcə bu ölkənin çoxşaxəli iqtisadiyyatı və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də onun investorları və turistləri cəlb edən bənzərsiz insanlarının əməksevərliyi və qonaqpərvərliyi ilə bağlıdır. Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı bundan sonra da respublikalarımızın sosial-iqtisadi inkişa­fına şərait yaradacaq və xalqlarımızın mənafelərinə xidmət edəcək.

Sizə və Azərbaycanın bütün sakinlərinə səmimi-qəlbdən xoşbəxtlik, uğurlar, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Rəşid TEMREZOVRusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı

***

Zati-aliləri!

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü – Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, bu əlamətdar gündə Sizə ən yüksək ehtiramımızı bildi­rir, uğurlar arzulayır, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək diləyirik.

Hörmətlə,

Oskar Mina və Paolo RONDELLISan-Marino Respublikasının Kapitan-Regentləri

***

Zati-aliləri!

Biz ölkənizin milli bayramı – Müstəqillik Gününü Azərbaycan xalqı ilə birgə qeyd edir və bu münasibətlə Zati-alinizə, Birinci vitse-prezidentə təbriklərimizi çatdırırıq.

Dünyanın qarşılaşdığı təhdid və çağırışlara baxmayaraq, Azərbaycanın ötən otuz il ərzində qazandığı böyük nailiyyətləri yüksək qiymətləndiririk.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində göstərdiyiniz səylərə görə Sizə səmimi-qəlbdən minnətdarlığımızı çatdırmaq istərdik. İnanırıq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gücləndirilməsi işini birgə davam etdirəcəyik və daha uğurlu nailiyyətlərə imza atacağıq.

Bu ilin iyun ayında IX Qlobal Bakı Forumunda iştirak etməyi və Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirik.

Cənab Prezident, xahiş edirik ən yüksək ehtiramımızı qəbul edin.

Dərin hörmətlə,

Vayra Vike-FREYBERQANizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail SERAGELDINNizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Rosen PLEVNELIYEV2012-2017-ci illərdə Bolqarıstanın PrezidentiƏmr MUSA2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibiPetar STOYANOV1997-2002-ci illərdə Bolqarıstanın Prezidentiİv LÖTERM2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziriZlatko LAQUMCIYA2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziriEka TKELAŞVILI2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müaviniKaterina YUŞŞENKO2005-2010-cu illərdə Ukraynanın birinci xanımıİvo YOSIPOVIÇ2010-2015-ci illərdə Xorvatiyanın PrezidentiFilip VUYANOVIÇ2003-2018-ci illərdə Monteneqronun PrezidentiBoris TADIÇ2004-2012-ci illərdə Serbiyanın PrezidentiRövşən MURADOVNizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi

***

Möhtərəm İlham Heydər oğlu!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inki­şafda sanballı uğurlar qazanıb və beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib.

İcazə verin, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, fira­vanlıq, Azərbaycanın gələcək inkişafı və tərəqqisi naminə məsul fəaliyyətinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayım.

Dərin hörmətlə,

Tatyana ANODINADövlətlərarası Aviasiya Komitəsinin sədri

***

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və çoxmillətli kollektivi adından Sizi təbrik edirəm.

Fürsətdən istifadə edərək, Azərbaycanla bizim beynəlxalq hökumətlərarası elmi-tədqiqat təşkilatı arasında ənənəvi möhkəm və səmərəli əməkdaşlığı vurğulamaq istərdim.

Hazırda geosiyasi vəziyyətin qeyri-sabit olmasına baxmaya­raq, çətin tarixi dövrlərə davam gətirməyi bacarmış və dünya elm ictimaiyyətinin nümayəndələri arasında qarşılıqlı fəaliyyəti həyata keçirmək üçün nadir platforma statusunu inamla qazanmış Birləşmiş Nüvə Tədqiqatları İnstitutu yenə də sabitlik adası kimi qalmaqdadır.

Ümidvaram ki, hazırda mövcud olan təhdidlər də aradan qal­dırılacaq, bizim qarşılıqlı faydalı tərəfdaşlığımız bundan sonra da Azərbaycanın və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun elmi ictimaiyyətinin rifahı naminə konstruktiv əsasda inkişaf edəcəkdir.

İcazə verin, Azərbaycan Respublikasına tərəqqi, onun bütün vətəndaşlarına möhkəm cansağlığı, sabitlik, sülh və həmrəylik arzulayım.

Dərin hörmət və səmimiyyətlə,

Qriqori TRUBNIKOVBirləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki

27 May 2022 23:06 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə