Ən son xəbərlər
Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı Türkiyənin tələblərini yerinə yetirməlidir.
NATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın Cadena SER radiostansiyasına açıqlamasında deyib: "Müttəfiq məsələni qaldıranda, onu tənzimləmək lazımdır. Hər zaman belə olub. Heç kim Türkiyə qədər terror hücumlarına məruz qalmayıb. “Kürdüstan İşçi Partiyası" (PKK) Avropa İttifaqında, o cümlədən İsveç və Finlandiyada terror təşkilatarı siyahısındadır. Ümid edirəm ki, bu məsələ həll olunar və Finlandiya ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı iyunun sonundakı Madrid sammitinə qədər razılıq əldə edilər”.
Radiostansiya qeyd edib ki, Finlandiya və İsveç Madriddə NATO-nun sammitində iştirak edə bilərlər, lakin Türkiyənin tələblərinə iyunun 28-dək cavab verməsələr, Alyansa daxil olmaq üçün namizəd ölkə statusu almaq cəhdlərini təsbit etmək çətin olacaq.
Qeyd edək ki, Finlandiya və İsveçin NATO yanındakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff mayın 18-də təmsil etdikləri ölkənin Alyansa daxil olmaq barədə müraciətlərini baş katib Yens Stoltenberqə təqdim etmişlər.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə