Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Çin BMT TŞ-də Şimali Koreyaya qarşı sanksiyalar nəzərdə tutan qətnaməyə veto qoyub

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın hazırladığı və Şimali Koreyaya qarşı daha sərt sanksiya­lar tətbiq edilməsini nəzərdə tutan qətnamə layihəsinə səsvermə za­manı veto hüququndan istifadə ediblər. Buna görə də qətnamə qəbul olunmayıb.

Təhlükəsizlik Şurasının digər üzvləri – Böyük Britaniya, ABŞ, Fransa, həmçinin Albaniya, Braziliya, Qabon, Qana, Hindis­tan, İrlandiya, Keniya, Meksika, Norveç və Birləşmiş Ərəb Əmirlikləri qətnamənin lehinə səs veriblər. Qətnamədə Şimali Koreyaya neft və tütün ixracının qadağan olunması, “Lazarus” haker qruplaşmasının sanksiyalar siyahısına daxil olunması təklif edilir. ABŞ bu qruplaşmanın KXDR ilə bağlı olduğunu iddia edir.

ABŞ hesab edir ki, ballistik raketlər buraxılışının bərpası ilə əlaqədar Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır. Şimali Koreyaya qarşı birinci məhdudiyyət tədbirlərinin qəbul olun­duğu 2006-cı ildən bəri ilk dəfədir ki, Təhlükəsizlik Şurasının iclasında Koreya Xalq Demokratik Respublikası ilə bağlı məsələnin müzakirəsi zamanı ümumi razılıq əldə olunmayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild qeyd edib ki, Təhlükəsizlik Şurası Şimali Koreya ilə “susqun razılığa” son qoymalıdır.

“Xalq qəzeti”

28 May 2022 02:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 İyul 2022 | 00:28
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə