Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zəfər tariximizi yazan qəhrəmanlarımızın gənclər arasında təbliği” adlı layihənin icrası uğurla yekunlaşdırılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Zəfər tariximizi yazan qəhrəmanlarımızın gənclər arasında təbliği” adlı layihənin icrasını uğurla yekunlaşdırdı. 
  Əsas məqsədi ikinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasından ibarət olan layihənin icra müddəti dörd ayı əhatə etdi. Layihə çərçivəsində yeniyetmə və gənclərlə keçirilən görüşlər müvafiq olaraq Bakı şəhəri, Ağdam, Bərdə və Tərtər rayonlarında həyata keçirildi.  Keçirilən görüşlərdə Qarabağ qaziləri, Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, təhsil işçiləri, və  ictimaiyyət nümayəndələri iştirak etdi. 
  Dəvət olunan qazilər və ehtiyatda olan hərbçilər  şəhid olan döyüş yoldaşlarının eləcə də özlərinin keçdikləri döyüş yolundan, zəfər tariximizə gedən şərəfli yoldan danışaraq, artıq cəmiyyət üçün məxfi sayılmayacaq uğurlu tapşırıqlar, keçdikləri döyüş yolları haqqında gənclərimizə məlumat verdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın yağı düşməndən qovularaq təmizlənməsi, müzəffər ordumuzun qazandığı möhtəşəm qələbəyə gedən mübariz yoldan da söz açaraq Silahlı Qüvvələrimizə olan inamı daha da möhkəmləndirməsi istiqamətində maarifləndirici söhbətlər aparıldı. Keçirlən görüşlərdə çıxış edən natiqlər hər zaman ayıq sayıq olmağın, mənfur düşmənin hər an törədə biləcəyi təxribatlara qarşı hazırlıqlı olmağın təhsildən, peşəkarlıqdan və sağlamlıqdan irəli gəlməsinin önəmi vurğuladılar. 
Gənclər də öz növbəsində dövlətin qayğısını həmişə hiss etdiklərini, öz nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını  vurğulayaraq 44 günlük savaşın - zəfər tarixinin yazıldığı günlərin canlı şahidləri olmalarından qürur duyduqlarını ifadə etdilər. Əminliklə bildirdilər ki, gənclər olaraq tariximizə, keçmişimizə və gələcəyimizə sahib çıxaraq qoruyacaq, gələcək nəsillərə ötürəcəklər.
"Xalq qəzeti"
27 May 2022 22:38 -

Köhnə versiyamızdan xəbərləri izlə