Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamda Daxili Qoşunların hərbçisi minaya düşüb

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda Daxili Qoşunların hərbçisinin minaya düşməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb: "O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib. Hazırda vəziyyəti stabildir".

27 May 2022 16:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə