Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karate üzrə milli komandamız Avropa çempionatının finalına yüksəlib

Türkiyənin Qaziantep şəhərində böyüklər arasında karate üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, karateçilərimiz Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət komandamız çempionatın finalına vəsiqə qazanıb. Mübarizəyə səkkizdəbir finalda start verən yığmamız ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib. Mayın 29-da keçiriləcək həlledici mərhələdə komandamız Fransa karateçiləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, ölkəmiz yarışda 17 karateçi və 5 parakarateçi ilə təmsil olunur.

27 May 2022 17:58 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə