Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair tövsiyələr verib

Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair müvafiq tövsiyələr verilib.

Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar olaraq 146-4 “Qaynar xətt” xidməti ümumtəhsil məktəblərindən daxil olan müraciətlərin cavablandırılması üçün fəaliyyət göstərəcək. Belə ki, proses zamanı hər hansı çətinliklə üzləşdiyiniz hallarda qeyd olunan “Qaynar xətt” xidmətinə müraciət etmək olar.

İnternet bağlantısının kəsilməsi, proqram təminatında və kompüter avadanlıqlarında yaranmış problemlər, eləcə də təhsilalanların istifadəçi adı və şifrəsinin bərpasında ortaya çıxa biləcək çətinliklərlə bağlı xidmət tərəfindən operativ dəstək göstəriləcək.

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə təhsilalanların nailiyyətlərinin kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edilərək qiymətləndirilməsidir.

Texniki təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində summativ qiymətləndirmələr ənənəvi formada (kağız üzərində) təşkil olunmalıdır.

27 May 2022 15:25 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə